Çexiya İsveçrədən “Leopard 2” tanklarını hədiyyə olaraq qəbul etməyə hazırdır

Dünya

07.03.2023 - 15:17

cedabet dərman SEO Xidməti

Yareş: “Biz İsveçrə tərəfi ilə tankların alış-satışını müzakirə etməmişik”

Praqa Ukraynaya hərbi yardıma görə minnətdarlıq əlaməti olaraq İsveçrədən “Leopard 2” tanklarını hədiyyə olaraq qəbul etməyə hazırdır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çex Respublikasının Müdafiə Nazirliyinin sözçüsü David Yareş bildirib.

“Biz İsveçrə tərəfi ilə tankların alış-satışını müzakirə etməmişik. Əgər İsveçrə Ukraynaya etdiyimiz yardıma görə minnətdarlıq əlaməti olaraq bizə “Leopard 2” tanklarını təklif etmək istəsəydi, biz qətiyyən etiraz etməzdik”, Yareş vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş