Bu barədə Ukrayna Dövlət Ekoloji Test Xidmətinin rəhbəri İqor Firsov məlumat verib
Ukraynanın Cernobıl yaxınlığında baş verən meşə yanğının ardınca mütəxəssislər pis xəbərlə qarşılaşıb. Belə ki, vaxtiylə radiasiyanın böyük zərbəsinə məruz qalan ərazidə yenidən böhran yaranıb.
AYNA xarici mediaya əsasən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Ekoloji Test Xidmətinin rəhbəri İqor Firsov məlumat verib.
O bidirib ki, hazırda radiasiya normadan 16 dəfə artıqdır, bu isə ekoloji mühit və bütün canlılar üçün böyük təhlükə deməkdir.
Xatırladaq ki, 1986-cı il aprelin 26-da Ukraynanın (SSRİ) şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda fəlakətli nüvə qəzası baş vermişdi.