Cənubi Koreyadan Kim Çen Ina çağırış: “Atasının və babasının irsinə xələl gətirməməlidir”

Dünya

19.01.2024 - 12:31

cedabet dərman SEO Xidməti

“Kim Çen In raket təxribatlarını dərhal dayandırmalı və düşmənçilik hərəkətlərinə son qoymalıdır”

Cənubi Koreya müxalifətinin lideri Li Jae-Munq Şimali Koreya lideri Kim Çen Inı raket təxribatlarını dayandırmağa, atası və babası, Şimali Koreyanın keçmiş liderləri Kim Çen İr və Kim İr Senin irsinə xələl gətirməməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Kim Çen In raket təxribatlarını dərhal dayandırmalı və düşmənçilik hərəkətlərinə son qoymalıdır. O çalışmalıdır ki, sələflərinin səylərinə zərbə vurmasın”, - deyə siyasətçi bildirib.

Li Jae-Munq həmçinin Cənubi Koreya Prezidenti Yoon Seok-yeoli hökumətin Şimali Koreyaya qarşı düşmən siyasi mövqeyini dəyişməyə çağırıb və qeyd edib ki, Koreya yarımadasında sülhün qorunması ölkə iqtisadiyyatı və insanların həyatı üçün əsas məsələdir.

Qeyd edək ki, bundan əvvəl Kim Çen In Şimali Koreya Konstitusiyasına dəyişiklik etməyi və Cənubi Koreya üçün “düşmən dövlət” statusunun qanuniləşdirilməsini təklif edib. O Cənubi Koreya ilə dəniz sərhədini tanımadığını vurğulayıb və həmçinin Seulun ölkənin sərhədini “hətta 0,001 millimetr” pozarsa, müharibə ilə hədələyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş