Çarli Kirkin qətlində əsas şübhəli saxlanılıb

Dünya

13.09.2025 - 09:49

Cinayətkar olduğu iddia edilən şəxsi hüquq-mühafizə orqanları ilə əlaqəsi olan keşiş təhvil verib

Amerikalı ictimai-siyasi xadim Çarli Kirkin qətlində əsas şübhəli şəxs saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, cinayətkar olduğu iddia edilən şəxsi hüquq-mühafizə orqanları ilə əlaqəsi olan keşiş təhvil verib.

“The New York Post”un məlumatına görə, saxlanılan şəxsin adı Tayler Robinsondur. Onun 22 yaşı var və hadisənin baş verdiyi Yuta ştatının sakinidir. Onun tutulmasında cinayəti də etiraf etdiyi atasının böyük rol oynadığı qeyd edilir.

Qeyd edək ki, Trampın məşhur tərəfdarı, fəal Çarli Kirk universitetdən çıxışı zamanı güllələnib. Atəş damdan açılıb. Həmin gün bir adamın elə bu dam boyunca qaçaraq oradan tullanaraq yoxa çıxması ilə bağlı video yayılıb. Səs yazısı FTB tərəfindən dərc edilib. Onlar cinayətdə əli ola biləcək digər şəxslərin axtarışını davam etdirəcəklərini bildiriblər.

Amerikalı fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs 33 saatdan sonra saxlanılıb. Bu barədə FTB direktoru Keş Patel mətbuat konfransı zamanı bildirib.

"Dünən gecə şübhəli yerli vaxtla saat 22:00-da - 36 saatdan az bir müddətdə federal hökumətin tam dəstəyi və Yuta ştatının qubernatoru Spenser Koksun əməkdaşlığı sayəsində saxlanılıb", deyə Patel qeyd edib.

Konfrans zamanı Koks Kirkin qətlində şübhəli bilinən şəxsin 22 yaşlı Yuta sakini Tayler Robinson olması barədə daha əvvəl yayılan xəbərləri təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş