Bugünkü imtahanların nəticələri 3 gün ərzində açıqlanacaq

Xəbərlər

27.08.2020 - 15:43

cedabet dərman SEO Xidməti

İmtahan protokollarının və cavab kartlarının emalına başlanılır

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilmiş imtahanların nəticələri yaxın 3 gün ərzində elan olunacaq. Bu barədə AYNA-ya DİM-dən məlumat verilib.

 

Bildirilib ki, avqustun 28-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

 

Xatırladaq ki, avqustun 27-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı və “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə test imtahanı keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş