İlham Əliyev: “Bu xəbər məni olduqca kədərləndirdi”

Xəbərlər

15.10.2019 - 12:36

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın dövlət başçısı Yaponiya hökumətinin rəhbərinə başsağlığı verib

 

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri Şinzo Abeyə başsağlığı məktubu ünvanlayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli cənab Baş Nazir,

 

Ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

 

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Müəllif: Ayna.az