Bu gün Fransa Ermənistana silahlar göndərəcək

Dünya

22.02.2024 - 15:31

cedabet dərman SEO Xidməti

Silah təchizatına “Ground Master” radarı, həmçinin gecəgörmə cihazları və durbin daxildir

Fransa bu gün Ermənistana silahlar göndərəcək. AYNA xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Silah təchizatına 250 kilometr məsafədə təyyarələri aşkar etməyə imkan verən üç “Ground Master” radarı (GM 200), həmçinin gecəgörmə cihazları və durbin daxildir.

Məlumatda qeyd edilib ki, tərəflər arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişində Fransa ordusunun bu il erməni hərbçiləri üçün 3 dağ döyüş hazırlığı kursu keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş