Bu dəfə ABŞ-da nəzərlər seçki qutusuna dikilib

Dünya

12.02.2020 - 13:53

Həkimlər Klinikalar SEO Xidməti

İndiana ştatının South Bend şəhərinin keçmiş meri Pete Buttigieq ikinci olub

 

ABŞ-da noyabr ayında keçiriləcək Prezident seçkilərinə hazırlıqlar davam edir. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, dünən gecə Demokratlar Partiyasının Prezidentliyə namizədləri arasında Nyu-Hempşir ştatında səsvermə keçirilib və Bernie Sanders səsvermə nəticəsində qələbə qazanıb.

 

Sanders səslərin 95 faizini qazanarkən, İndiana ştatının South Bend şəhərinin keçmiş meri Pete Buttigieq ikinci olub.

 

Rəsmi nəticələrin açıqlanmadığı Ayova ştatında isə qeyri-rəsmi məlumatlara görə, Buttigieqin Sandersi qabaqladığı bildirilib. Lakin seçkilərdən əvvəl Demokratlar tərəfindən favorit namizəd kimi görülən ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden isə demək olar ki, səs toplaya bilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş