Britaniyanın yeni silahlı qüvvələr üzrə dövlət naziri təyin olunub

Dünya

27.03.2024 - 21:47

Leo Dokerti: "Bu komandaya qoşulmaqdan məmnunam"

Leo Dokerti Böyük Britaniyanın yeni silahlı qüvvələr üzrə dövlət naziri təyin olunub.

AYNA xəbər verir ki, bu barədə Leo Dokerti "X" səhifəsində yazıb.

"Silahlı qüvvələr üzrə dövlət naziri kimi Müdafiə Qərargahına qayıtmaqdan və bu komandaya qoşulmaqdan məmnunam", - paylaşımda deyilir.

Qeyd edək ki, bundan əvvəl o, Avropa məsələləri üzrə dövlət naziri olub.

Müəllif: Ayna.az