Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

29.01.2021 - 04:28

Koronavirus can almağa davam edir

 

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 26 680 yoluxma halı qeydə alınıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 743 734 nəfər çatıb.

 

Bildirilir ki, ötən sutka koronavirusdan daha 1 239 nəfər ölüb, ölənlərin sayı 103 126 nəfər təşkil edir.

Müəllif: Ayna.az