Britaniyada koronavirusun mutasiyaya uğrayan ikinci versiyası tapılıb

Dünya

24.12.2020 - 00:38

Həkimlər Klinikalar SEO Xidməti

Səhiyyə naziri: "Bu virus mutasiyaya uğrayan əvvəlki versiyadan daha sürətli yayılır"

 

Britaniyada koronavirusun mutasiyaya uğrayan ikinci versiyası tapılıb. AYNA-nın məlumatına görə, bu barədə Britaniyanın səhiyyə naziri Matt Hancock mətbuat konfrasında bildirib.

 

O qeyd edib ki, Britaniyada iki nəfərdə COVİD-19-un Cənubi Afrika ilə əlaqəsi olan yeni bir versiyasına rast gəlinib: "Bu virus mutasiyaya uğrayan əvvəlki versiyadan daha sürətli yayılır və daha çox mutasiyaya uğrayıb".

 

Səhiyyə naziri həmçinin bildirib ki, yeni virusun aşkarlandığı şəxslər karantinə alınıb və vətəndaşların Cənubi Afrikaya səyahətinə məhdudiyyət qoyulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş