Koronavirus can almaqda davam edir
Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 649 nəfər artıb.
AYNA xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 30 076 nəfərə çatıb.
Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 6 111 nəfər artaraq 201 101 nəfərə yüksəlib.