Böyük Britaniyada son sutka ərzində 58 784 nəfər koronavirusa yoluxub
Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2 713 563 nəfərə çatıb.
Son sutka ərzində 407 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 75 431 nəfərə çatıb.