Britaniyada koronavirusa rekord sayda yoluxma

Dünya

24.12.2020 - 06:35

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,14 milyon nəfəri ötüb

 

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 39,2 min yoluxma halı qeydə alınıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq iki gündür Böyük Britaniyada koronavirusa yoluxma hallarında antirekord qeydə alınır.

 

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,14 milyon nəfəri ötüb.

 

Bildirilir ki, ötən sutka koronavirusdan daha 744 nəfər ölüb, ölənlərin sayı 69 min nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş