Tim Barrou: “Ukrayna özünü müdafiə vasitələrinə malik olmalıdır və döyüş meydanında uğur qazana bilməlidir”
Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou Kiyevə silah göndərilməsi prosesini sürətləndirməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
“Biz dəstəyimizi sürətləndirməliyik. Ukrayna özünü müdafiə vasitələrinə malik olmalıdır və döyüş meydanında uğur qazana bilməlidir”, - Barrou Milli Təhlükəsizlik Strategiyası üzrə Birgə Komitədə çıxışı zamanı deyib.
Barrou bildirib ki, Britaniya hakimiyyəti öz silah ehtiyatlarının tükənməsinə baxmayaraq, Ukraynanı uzaqmənzilli silahlar və dəqiq idarə olunan hərbi sursatlarla təmin etmək imkanını nəzərdən keçirir.