Baş nazir: “Birləşmiş Krallıq rəsmi olaraq Fələstin dövlətini tanıyır”
Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Britaniya Baş naziri Keir Starmer bəyanatında qeyd edib.
“Bu gün fələstinlilər və israillilər üçün sülh ümidini canlandırmaq və iki dövlətli həll üçün Birləşmiş Krallıq rəsmi olaraq Fələstin dövlətini tanıyır”, - deyə Baş nazir vurğulayıb.