Boliviyada avtobus qəzasında azı 7 nəfər ölüb

Dünya

01.06.2024 - 08:28

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda polis hadisənin səbəblərini müəyyənləşdirir

Boliviyanın qərbində yük maşını ilə avtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, ondan çox adam yaralanıb.

AYNA xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Belə ki, hadisə El Alto-Kopakabana magistralının Vilake şəhəri yaxınlığında baş verib. İlkin versiyaya görə, yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxıb və sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində biri uşaq olmaqla azı 7 nəfər həlak olub, ondan çox yaralı isə xəstəxanalara aparılıb.

Hazırda polis hadisənin səbəblərini müəyyənləşdirir, yük maşını sürücüsünün sərxoş ola biləcəyi istisan edilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş