“Yalnız Fələstin dövlətinin yaradılması İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibəyə son qoyacaq”
“Yalnız Fələstin dövlətinin yaradılması İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibəyə son qoyacaq”. AYNA xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş “X” sosial şəbəkəsində yazıb.
Quterreş hesab edir ki, Qəzza zolağındakı vəziyyət Yaxın Şərqin digər ölkələrinə də keçə bilər.
“Qəzza zolağındakı müharibə açıq yaradır və bütün regiona yayılmaq təhlükəsi yaradır. Zorakılıq və qeyri-sabitlik dövrünə son qoymağın yeganə davamlı yolu İsrail və Fələstinin iki dövlətin paytaxtı Qüds olmaqla, sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamasıdır”, - Quterreş bildirib.