BMT Qəzza zolağında öldürülən uşaqların sayını açıqlayıb

Dünya

12.06.2024 - 12:03

cedabet dərman SEO Xidməti

BMT 2023-cü ildə Qəzzada 2,1 mindən çox uşağın öldüyünü təsdiqləyib

BMT 2023-cü ildə Qəzza zolağında 2,1 mindən çox uşağın öldüyünü təsdiqləyib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibi Antonio Quterreşin hesabatında deyilir.

Sənəd 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək olan hadisələrə aiddir.

“BMT 2267 fələstinli uşağın (1259 oğlan, 1008 qız) öldürüldüyünü təsdiqləyib, onlardan 2141-i Qəzza zolağında öldürülüb”, - deyə hesabatda qeyd edilib.

Bundan əlavə, Şərqi Qüds və İordan çayının qərb sahilində 126 fələstinli uşaq həlak olub. Qlobal təşkilat 206 uşağın ölümünə görə İsrail Müdafiə Qüvvələrini (IDF) məsuliyyətli hesab edib.

Ötən ilin oktyabrında Qəzza zolağında xəstəxananın bombalandığı, yüzlərlə uşaq da daxil olmaqla 800 nəfərin öldüyü bildirilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş