BMT-dən Liviya ilə bağlı xəbərdarlıq

Dünya

25.08.2020 - 15:11

Həkimlər Klinikalar SEO Xidməti

Stefane Dujarrik: “Ölkə humanitar fəlakət astanasındadır”

 

BMT hesab edir ki, Liviya humanitar fəlakət yaşamaq ərəfəsindədir. AYNA-nın xarici mediaya istinadən xəbərinə görə, BMT Baş katibinin köməkçisi Stefane Dujarrik bildirib ki, hazırda Liviyanın Sirtə şəhərində davam edən döyüşlər COVID-19 pandemiyası dövründə bu ölkədə ağır olan vəziyyəti daha də gərginləşdirib.

 

“Bu gün Sirtə şəhərində 125 min sakinin həyatı təhlükədədir. BMT Baş katibi Antonio Quterreşin Liviyada münaqişə tərəflərinin atəşkəs elanına çağırışı alqışalayiqdir. Sadəcə bu çağırışa əməl edilməlidir”, - deyə BMT Baş katibinin köməkçisi qeyd edib.

 

Dujarrik əlavə edib ki, çətinliklərə baxmayaraq, BMT və onun tərəfdaşları Liviyada 243 min insana, o cümlədən 66 min məcburi köçkünə və 58 min miqranta humanitar yardım göstərib: “Lakin Liviyada daha bir problem – elektrik enerjisi təchizatında böhran yaranıb. Xəstəxanalara və evlərə yalnız sutkanın 18 saatı müddətində elektrik enerjisi verilir. Atəşkəsə əməl edilməlidir. Əks halda tezliklə aclıq da başlayacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş