BMT baş katibi Qarabağla bağlı dünya ölkələrinə müraciət edib

Dünya

06.10.2020 - 06:36

Həkimlər Klinikalar SEO Xidməti

Baş katib Dağlıq Qarabağ münaqişəsi zonasında davam edən eskalasiyanı pisləyir

 

BMT baş katibi Antoniu Quterreş regional və beynəlxalq qüvvələri Azərbaycan-Ermənistan münaqişə zonasında atəşin təcili dayandırılmasına nail olmaq üçün kömək etməyə çağırır.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

 

Stefan Dyujarrikin sözlərinə görə, baş katib beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dərhal dayandırılması çağırışlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında davam edən eskalasiyanı pisləyir. O, yaşayış məntəqələrinin atəşə tutulması da daxil olmaqla, hərbi əməliyyatların yayılması barədə xəbərlərdən ciddi narahatdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş