BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti seçilib

Dünya

01.06.2023 - 21:26

Frensis 78-ci sessiyanın fəaliyyət istiqamətlərini açıqlayıb

BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti seçilib. AYNA "Report"a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının yeni sessiyasına Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis rəhbərlik edəcək.

BMT-nin Baş katibi Antoniu Quttereş və Baş Assambleyanın 77-ci sessiyasının sədri Çaba Koroşi diplomatı təbrik edib, prezidentiyinin BMT-yə üzv dövlətlərə faydalı və uğurlu keçməsini diləyib.

D.Frensis çıxışında diplomatik xidmətdə olduğu 40 il ərzində qazandığı zəngin bilik və təcrübə ilə BMT Baş Assambleyasının növbəti sessiya zamanı çoxtərəfli məsələlər üzrə çalışacağını deyib.

Diplomat sədrlik edəcəyi 78-ci sessiyanın fəaliyyət istiqamətlərini açıqlayıb. O, Baş Assambleyanın işinə hərtərəfli baxışı təklif edən "Sülh, Rifah, Tərəqqi və Davamlılıq", həmçinin iqlim dəyişikliyi ilə mübarizə və Davamlı İnkişaf Gündəliyi ilə bağlı danışıqlar üzrə BMT gündəliyinin əsaslarına dair fəaliyyət göstərəcəyini deyib.

Dennis Frensis bildirib ki, davamlılığın transformasiyası üçün elmi təşviq etməyə davam edəcək.

Müəllif: Ayna.az