ABŞ Türkiyə Prezidentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışlayıb
ABŞ dövlət katibi Antoni Blinken Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışlayıb. AYNA xəbər verir ki, bu barədə Blinken “X” sosial media hesabında yazıb.
“Biz Türkiyə Prezidenti Ərdoğanın İsveç üçün ratifikasiya protokolunu imzalamasını alqışlayırıq. Biz sənədləri Vaşinqtonda almağı və İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qarşılamağı səbirsizliklə gözləyirik. İsveç və Alyans birlikdə daha güclüdür”, - Blinken bildirib.
Xatırladaq ki, yanvarın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini rəsmən təsdiqləyib.