Bir neçə icra başçısı vəzifəsindən azad edilib – YENİ TƏYİNATLAR

Xəbərlər

12.11.2025 - 14:07

Prezident İlham Əliyev icra başçıları ilə bağlı sərəncamlar imzalayıb

Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. AYNA.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin Sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Orxan Çingiz oğlu Mürsəlov isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident Kürdəmirin icra başçısını da vəzifəsindən azad edib. Sərəncamla Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər Sərəncamı ilə Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Başqa bir Sərəncama əsasın Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, sabiq icra baçşısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş