“Bəzi qrup insanların virusa qarşı peyvənd olunması qadağandır” - <font color=red> HƏKİM</font>

Cəmiyyət

04.01.2021 - 21:06

Sevil Mustafayeva: “COVID-19 pandemiyasının ikinci dalğası vətəndaşlara vəziyyətin ağırlığını dərk etdirdi”

 

Koronavirus demək olar ki, bütün il ərzində vətəndaşların sağlamlığı üçün əsas təhlükə olaraq qalır. Azərbaycan Tibb Universitetinin Terapevtik klinikasının Şəkərli diabetli şöbəsinin müdiri, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təhsil Assosiasiyasının direktoru Sevil Mustafayeva AYNA-ya müsahibəsində əhalinin pandemiyaya münasibəti və mövcud vəziyyət barədə danışıb.

 

- Doktor, koronavirus pandemiyasının birinci dalğası ilə ikinci dalğası arasında hansı fərqlər var?

 

- İlk dalğada bir çox məhdudiyyətlər var idi və xəstələrin sayı o qədər də çox deyildi. Buna görə klinikalarda çoxsayda pulsuz yer var idi və həkimlər COVID-19 üçün müsbət bir test ilə insanları xəstəxanaya yerləşdirmə imkanı tapırdılar. Yoluxmuş insanların sağlam insanlara təhlükə yaratmamaları üçün iki həftə xəstəxanada saxlanılır, bütün ailə üzvləri yoxlanılır və virusun yayılmasının qarşısını almaq üçün onları da təcrid etməyə çalışırdılar. Bundan sonra çoxları bu virusun varlığına inanmırdılar. Müalicə üçün xəstəxanada yatanlar da orada zorla saxlandıqlarına inanır və hesab edirdlilər ki, heç bir xəstəlikləri yoxdur.

 

Niyə ikinci dalğa başladı? Çünki məhdudiyyətlərin aradan qaldırılması ilə insanlar rahatlaşdılar, tibbi maskalar taxmadılar və sosial məsafəyə riayət etmədilər. Torpaqlarımız işğaldan azad edildikdən sonra vətəndaşlar qələbəni bayram etdilər, kütləvi şəkildə küçələrə axışdılar və bu da infeksiya sayının artmasına səbəb oldu. Payız və qışda xəstələrin sayı və ölüm sayı kəskin artdıqda əhali vəziyyətin ciddiliyini başa düşdü. İkinci dalğa virusa olan münasibəti dəyişdirdi.

 

Ölüm sayı ona görə artdı ki, insanlar həkimlərə ancaq ağciyərlər ciddi şəkildə zədələndikdən sonra müraciət edirdilər. Çox sayda xəstə olduğuna görə, bütün ehtiyacı olanlara vaxtında yardım göstərmək çətin idi. Bütöv ailələr xəstələnməyə başladı. Çaxnaşma içində olan insanlar apteklərdən kor-koranə dərmanlar alaraq, bununla da qarışıqlıq yaratdılar. Halbuki, simptomları olmayan xəstələr və çox yüngül simptomları olan insanlar sadəcə C vitamini və adi antipiretik dərmanlardan istifadə edərək çoxlu maye içməklə müalicə edilə bilərdilər.

“Bəzi qrup insanların virusa qarşı peyvənd olunması qadağandır” -     HƏKİM

- Vətəndaşlar indi daha şüurlu olublar, ya davranışları sərt karantin tətbiq edilməsi və cərimə qorxusu ilə əlaqədardır?

 

- Təbii ki, sərt karantinin yenidən tətbiq edilməsi səbəbindən xəstələrin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bəziləri Yeni il tətilindən sonra yoluxmuş insanların daha çox ola biləcəyinə inanır, amma əminəm ki, bu cür proqnozlar üçün heç bir səbəb yoxdur. Yeni il tətili əvvəlkilər kimi olmadı, restoran və kafelər təhlükəsizlik səbəbiylə bağlıdır. Vətəndaşlar bu yeni ili evlərində qeyd etdilər. Ümumiyyətlə, insanlar daha anlayışlı olublar. Beləliklə, indi mağazalarda birdəfəlik əlcəklərdə daha çox insan görürəm, baxmayaraq ki, bu, əvvəllər nadir idi. Növbədə dayanaraq sosial məsafəni saxlayanların da sayı artıb.

 

Diabetli insanlara gəldikdə, şəkərli diabet, ürək-damar və digər xroniki xəstəlikləri olan insanların koronavirüsdən daha tez öldüyünü göstərən bir statistikanı əsas götürərək, yoluxmaqdan qorxurlar. Mart-aprel aylarında bir çoxu bu virusa şübhə ilə yanaşırdısa, xəstəlik sayı artdıqca, məsələn, şəkərli diabet xəstələrindən bəziləri indi evlərini tərk etməyi tamamilə dayandırıblar, xəstələr ciddi təhlükəsizlik tədbirləri görməyə başlayıblar.

 

- Diabetli xəstələrin koronavirus müalicəsində özünəməxsusluqlar varmı?

 

- Əlbəttə. Ağır hallarda, xəstədə oksigen çatışmazlığı olduqda və geniş ağciyər zədələnmələri olduqda, qlükokortikoidlər, iltihab proseslərinin müalicəsində təsirli olan dərmanlar istifadə olunur. Ancaq şəkərli diabet xəstələrində bu dərmanlar qanın tərkibində qlükoza səviyyəsinin kəskin artımına səbəb olur, buna görə insulin müalicəsinə ehtiyac duyurlar. Qlükoza səviyyələrinə daha ciddi şəkildə nəzarətə ehtiyacımız var, bəzən az miqdarda insulin doza vahidlərini demək olar ki, hər saat yeritmək lazımdır. Qanda qlükozanın miqdarının artımı immuniteti aşağı salır və şəkərli diabet xəstələrini müalicə etmək şəkərsiz insanlara nisbətən daha çətin olur.

 

- Diabetli insanlar ilk növbədə risk qrupu olaraq peyvənd edilməlidir?

 

- Diabet xəstələri, ürək-damar patologiyası və digər xroniki xəstəlikləri olan insanlar, həqiqətən də risk qrupuna daxildirlər. Hər kəs mütləq peyvənd edilməlidir, lakin yuxarıdakı xəstəlikləri olan vətəndaşlar peyvənd olunan ilklərdən olmalıdır. Peyvəndləmədən əvvəl, əlbəttə ki, bir insanın aktiv xəstə olub-olmadığını, kəskin xəstəliklərinin, hərarətinin olub-olmadığını yoxlamaq lazımdır, çünki bu vəziyyətdə peyvəndləmə qadağandır. Ancaq ümumiyyətlə, peyvənd bu virusun səbəb olduğu koronavirus infeksiyasından və uzanan sətəlcəmdən qurtulmanın yeganə yoludur. Ölkəmizdə peyvəndləmənin bu aydan ayından etibarən başlanması planlaşdırılır.

Müəllif: Elya Belskaya