Polyanski: "Rusiya və ABŞ üçün BMT-də ünsiyyət qurmaq daha asan olub"

Dünya

06.05.2025 - 13:38

Həkimlər Klinikalar SEO Xidməti

“Amma Vaşinqtonda hələ də köhnə komandadan olanlar var və onlar yeni təlimatlar alırlar"

“Yeni administrasiyanın Vaşinqtona gəlişi ilə Rusiya və ABŞ-ın BMT-də ünsiyyət qurması asanlaşıb”. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiya BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

"Yeni administrasiya ilə iş asanlaşdı, məncə, onlar indi daha açıqdırlar. Amma Vaşinqtonda hələ də köhnə komandadan olanlar var və onlar yeni təlimatlar alırlar", - deyə diplomat qeyd edib.

Polyanski daha əvvəl qeyd edib ki, Rusiya və ABŞ diplomatik missiyalar məsələsində düzgün istiqamətdə irəliləyir.

Bundan əlavə, onun sözlərinə görə, ABŞ-la münasibətlərin normallaşdırılması üzrə dialoq Ukrayna ilə müqayisədə daha genişdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş