Paşinyan Moskvaya səfər etsin? - SORĞU

Dünya

06.05.2025 - 17:53

Həkimlər Klinikalar SEO Xidməti

Ermənilərin təxminən 60 faizi Baş nazirin mayın 9-da Moskvaya səfər etməsini düzgün sayır

Ermənistan vətəndaşlarının əksəriyyəti ölkənin Baş naziri Nikol Paşinyanın Moskvada Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirakını düzgün hesab edir. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə “Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin təqdim etdiyi sorğunun nəticələrində qeyd olunub.

Respondentlərə belə bir sual verilib: “Nikol Paşinyan Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcəyini bildirdi. Onun bayram tədbirlərində iştirakı barədə nə düşünürsünüz?”.

“Gallup” ofisinin rəhbəri Aram Navasardyanın sözlərinə görə, 36,7% bu qərarı mütləq düzgün, 25,4% isə kifayət qədər düzgün hesab edir. Olduqca yanlış qərar deyənlər 9,5%, tamamilə yanlış deyənlər 22,8% olub.

“Yəni respondentlərin təxminən 31%-i iştirakın yanlış olduğunu, 60%-i isə bunu düzgün hesab edir”, - Navasardyan bildirib.

Respondentlərdən Qələbə Gününü mühüm bayram hesab edib-etməmələri də soruşulub. 75% bunu mütləq düzgün hesab edir. 13,6% “əsasən bəli” cavabını verib.

Digər 5,9% isə 9 may tarixini bayram hesab etmədiklərini bildirib. 5,2% isə bunu ümumiyyətlə bayram hesab etmir.

Sorğu aprelin 29-dan mayın 2-dək 1101 vətəndaş arasında keçirilib.

Qeyd edək ki, Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə söhbətində təntənəli tədbirlərdə iştirakını təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş