“Bloomberg”: Bu, dəyişikliyi təsdiqləməli olan Konqreslə münaqişəyə səbəb ola bilər
ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ ordusunun yüksək rütbəli zabitlərinin ixtisar edilməsi barədə göstəriş verib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr yazıb ki, bu, dəyişikliyi təsdiqləməli olan Konqreslə münaqişəyə səbəb ola bilər.
Pentaqon rəhbəri aktiv orduda dörd ulduzlu vəzifəlilərin 20% -ni, Milli Qvardiyadakı bütün generalların 20% -ni və generalların və admiralların sayının ən azı daha 10% azaldılmasını tələb edib.
Pentaqon rəhbəri bildirib ki, təklif edilən dəyişikliklər Birləşmiş Qərargah Rəisləri ilə aparılan "düşünülmüş prosesin" nəticəsidir. Onun sözlərinə görə, dəyişikliklər silahlı qüvvələrin potensial münaqişəyə hazırlığını və effektivliyini maksimum dərəcədə artırmaq məqsədi daşıyır.