Rəsmi Pekin: “Çin ABŞ ilə sona qədər mübarizə aparacaq”

Dünya

30.04.2025 - 15:13

Həkimlər Klinikalar SEO Xidməti

“Çin təkcə öz milli ləyaqətini deyil, həm də dünyanın parlaq gələcəyini müdafiə edir”

“Vaşinqton “tarif müharibəsi”ni davam etdirmək qərarına gələrsə, Pekin sona qədər mübarizə aparmaq niyyətindədir”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rio-de-Janeyroda keçirilən BRİKS nazirlərinin genişləndirilmiş toplantısında Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi deyib.

"Çinin ticarət müharibəsinə cavabı aydın və qətidir: əgər siz vuruşmaqda israr etsəniz, biz sona qədər mübarizə aparacağıq. Əgər siz dialoqa girməyə hazırsınızsa, biz bir-birimizə bərabərhüquqlu kimi hörmət etməliyik", - Yi qeyd edib.

Nazirin sözlərinə görə, “Çin təkcə öz milli ləyaqətini deyil, həm də dünyanın parlaq gələcəyini müdafiə edir”.

XİN rəhbəri qeyd edib ki, BRİKS beynəlxalq münasibətlərin əsas normalarını dəstəkləmək, çoxtərəfli ticarət sistemini qorumaq və daha ədalətli qlobal idarəetmə sistemi qurmaqda davam etməlidir: "Əsas sual budur: biz dünyaya hakim olan birqütblü hegemonluğu qəbul edirik, yoxsa bərabər və nizamlı çoxqütblü dünyanı müdafiə edirik?. ABŞ dünyada “tarif müharibəsi”ni başlatdıqdan sonra beynəlxalq ictimaiyyət güclülərin zəifləri yediyi cəngəlliyə qayıtmağa hazır olub-olmamasına qərar verməlidir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş