Ədliyyə naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Xəbərlər

06.05.2025 - 11:40

Həkimlər Klinikalar SEO Xidməti

Fərid Əhmədov planları müzakirə edib

Ədliyyə naziri Fərid Əhmədov Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib. Ədliyyə Nazirliyindən AYNA.AZ-a verilən məlumata görə, görüşdə nazirlik tərəfindən ədliyyə sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma istiqamətində atılan addımlar və gələcək planlar müzakirə olunub.

F.Əhmədov İctimai şura üzvlərinin təklif və rəylərini dinləyərək, onların bu prosesdəki rolunu və Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə iştirakçılar ədliyyə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində fikir və təşəbbüslərini bölüşüblər.

Sonda İctimai Şura üzvləri səmimi görüşə görə təşəkkürlərini bildirərək, bu cür dialoqun davamlı olmasının vacibliyini qeyd ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət