Əli Əsədov və Aleksandr Turçin Ağdamda istehsalat müəssisələrində olublar

Xəbərlər

06.05.2025 - 17:34

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazirlər "BAFCO İnvest", “Eel Electric”, "Mister Decor”un fəaliyyəti ilə tanış olublar

Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında yerləşən "BAFCO İnvest" MMC-nin fəaliyyəti ilə tanış olublar.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, şirkət müxtəlif məqsədlər üçün ayaqqabı və çəkmələrin istehsalı ilə məşğul olur.

Bununla yanaşı, Parka səfər çərçivəsində hökumət başçılarına elektrik avadanlığı istehsal edən

“Eel Electric” MMC-nin işi və istehsal göstəriciləri ilə bağlı məlumat verilib.

Bundan əlavə, Ə.Əsədov və A.Turçin divar kağızları istehsal edən "Mister Decor” şirkətinda olublar və onun işi ilə tanış olublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş