“O Globo”: Çünki ABŞ-ın münaqişəyə son qoymaq cəhdləri indiyədək konkret nəticə verməyib
Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanın administrasiyası Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda vasitəçi kimi çıxış etmək istəyir. Çünki ABŞ-ın münaqişəyə son qoymaq cəhdləri indiyədək konkret nəticə verməyib. AYNA.AZ xəbər verir ki, bu barədə “O Globo” qəzeti Cənubi Amerika respublikasının hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, Lula da Silvanın mayın 9-da Qələbə Günü tədbirlərində iştirak etmək üçün Moskvaya gözlənilən səfəri Braziliyanın xarici siyasətinin müstəqilliyini nümayiş etdirməlidir.
Qəzet yazıb ki, dövlət başçısı Rusiya tərəfinə Ukraynadakı vəziyyəti həll etmək üçün Braziliya diplomatiyasının imkanlarını təklif edə bilər.
Vurğulanıb ki, Braziliyadakılar hesab edirlər ki, Ağ Ev münaqişəni dayandırmaq üçün verdiyi vədləri yerinə yetirməyib, ona görə də Braziliya hakimiyyəti vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır. Bununla yanaşı, Braziliya hökuməti münaqişənin həllinə Avropa İttifaqı və ya Kiyevdən daha çox Rusiyanın tərəfində nail olmaq istəyini daha çox görür.