““Saviko Group” şirkəti “Qazaq Air” aviaşirkətini bizdən alıb və indi burada inkişaf etdirəcək”
Vyetnam Qazaxıstanda hava limanı almağı planlaşdırır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin rəhbəri Serik Jumanqarin deyib.
"Vyetnamın məşhur “Saviko Group” şirkəti “Qazaq Air” aviaşirkətini bizdən alıb və indi burada inkişaf etdirəcək. Bu yaxınlarda şirkət rəhbərliyi buraya gəldi, onlarla görüşdüm. Onlar həm də hava limanını almağı və ya rəhbərliyi öz üzərinə götürməyi düşünür. Çünki istənilən halda aviaşirkətin hava limanına ehtiyacı var", - deyə nazir qeyd edib.
Jumanqarin həmçinin Vyetnam şirkətinin sürətlə inkişaf etdiyini və beynəlxalq aviaşirkətlərlə çox yaxşı müqavilələrə malik olduğunu qeyd edib.