DİN başçısı terrorçunun Muğlada ələ keçirildiyi bildirib
Türkiyə Daxili İşlər Nazirliyinin "narıncı" kateqoriya ilə axtarışa verdiyi FETÖ üzvü M.Ç. İstanbulda saxlanılıb.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, terrorçu Muğlada ələ keçirilib.
Nazir terrorçulara qarşı mübarizənin qətiyyətlə davam etdiyini vurğulayıb.