Bir avtobus və bir neçə avtomobilə ziyan dəyib, yanacaqdoldurma məntəqəsində qaz anbarı yanıb
Ukrayna pilotsuz təyyarələri (PUA) mayın 3-də səhər saatlarında Rusiyanın Belqorod vilayətinə azı üç dəfə hücum edib. AYNA rus mediasına istinadən bildiri ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında yazıb.
Bildirib ki, zərbələr iki dəfə Şebekino şəhər rayonunun Voznesenovka kəndinə, bir dəfə isə Şebekino şəhərinin özünə endirilib.
İki nəfər xəsarət alıb, bir avtobus və bir neçə avtomobilə ziyan dəyib, yanacaqdoldurma məntəqəsində qaz anbarı yanıb. Təcili yardım xidmətləri hazırda hücumların nəticələri ilə məşğuldur.