Bələdiyyə seçkilərində səsvermə başa çatıb

Xəbərlər

29.01.2025 - 19:10

Həkimlər Klinikalar SEO Xidməti

Seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb

Bu gün saat 19:00-da Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb. AYNA xəbər verir ki, hazırda seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.

Seçkilər 118 seçki dairəsi üzrə 5846 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Qeyd edək ki, 685 bələdiyyə yeri üçün seçkilərində 8071 namizəd mübarizə aparıb.

Ümumilikdə bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş