Parlamentin plenar iclasında 22 məsələyə baxılacaq
Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. AYNA xəbər verir ki, iclasının gündəliyinə 22 məsələ daxil edilib:
1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş);
2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş);
3. “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş);
4. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş);
5. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş);
6. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş);
7. “Məşğulluq haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş);
8. “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş);
9. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş);
10. Milli Məclisin 2020-ci il üçün xərclər smetası haqqında;
11. Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında;
12. İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında;
13. “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş);
14. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş);
15. Mülki Prosessual Məcəlləsində dəyişiklik layihəsi (üçüncü oxunuş);
16. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan qanun layihəsi barədə (üçüncü oxunuş);
17. İnzibati Prosessual Məcəlləsində dəyişiklik layihəsi (üçüncü oxunuş);
18. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş);
19. “İnzibati icraat haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş);
20. “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş);
21. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş);
22. “Tibbi sığorta haqqında” qanunda dəyişiklik layihəsi (ikinci oxunuş).