Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ danışıqlarının ikinci mərhələsi keçirilir

Dünya

11.11.2026 - 14:28

Bugünkü görüşdə əsas müzakirə mövzusu ərazi məsələsi olacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə müharibənin tənzimlənməsinə dair Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların ikinci mərhələsi keçirilir. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov “Telegram”dakı paylaşımında bildirib.

Ukrayna mediasının məlumatına görə, bugünkü görüşdə əsas müzakirə mövzusu ərazi məsələsi olacaq.

“Biz Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar formatında müzakirələr aparırıq. Gündəlikdə hərbi əməliyyatlara son qoymaq və sülhü yaxınlaşdırmaq kimi əsas məsələlər var", - deyə Umerov əlavə edib.

O qeyd edib ki, nümayəndə heyəti Ukrayna Prezidenti tərəfindən müəyyən edilmiş məqsədlərə uyğun olaraq çalışır.

Xatırladaq ki, üçtərəfli danışıqların ilk mərhələsi noyabrın 10-da keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş