Volodimir Zelenski: "Bu gün mübadilə imkanı müzakirə etdik”
Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə üçtərəfli danışıqlar çərçivəsində böyük əsir mübadiləsi barədə razılığa gəlmək istiqamətində səylərin davam etdiyini açıqlayıb.
AYNA.AZ-ın UNIAN-a istinadən verdiyi məlumata görə, dövlət başçısı bu açıqlamanı Danimarkaya səfəri zamanı keçirilən mətbuat konfransında verib.
Dövlət başçısının sözlərinə görə, bu gün - 11 noyabrda Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli danışıqların əsas günü olacaq.
"Bu gün mübadilə imkanı müzakirə etdik. Onlar 1000 nəfərə 1000, bəlkə də 15 min nəfərə 15 min nəfərlik hansısa böyük mübadilə etmək istəyirlər. Amerikalılar isə bu gündəmlə Rusiyaya gedəcəklər", - deyə Zelenski bildirib.