Belçika ölüm sayına görə Çini keçdi

Dünya

14.04.2020 - 19:24

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə karantin rejiminin vaxtı mayın 3-dək uzadılıb

 

Belçikada koronavirusla əlaqəli ölənlərin sayı 262 nəfər artıb, ümumilikdə ölkədə ölüm halı 4157-dir. Bu rəqəm isə virusun mənbəyi olan Çindəki ölüm sayını (3345 nəfər) üstələyir. Belçika ölüm halına görə Avropada beşinci yerə gəlib.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatına görə, Belçikada ölənlərin sayına görə yalnız İtaliya, İspaniya, Fransa və İngiltərədən geri qalır.

 

Ölkədə karantin rejiminin vaxtı mayın 3-dək uzadılıb.

 

Qeyd edək ki, Belçikada Covid-19-dan təsirlənən daha 530 nəfər qeydə alınıb, ölkədə yoluxma faktı 31 119-a çatıb. Bunlardan 20 094-ü yoluxmanın aktiv halı kimi təsnif edilir və hazırda 1223 nəfər reanimasiyadadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş