Belarusun xarici işlər naziri qəfil vəfat edib

Dünya

26.11.2022 - 22:19

Nazirin ölüm səbəbi hələlik məlum deyil

Belarusun xarici işlər naziri Vladimir Makey qəfil dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat yayıb.

Belarus XİN rəhbərinin ölüm səbəbləri barədə hələlik məlumat yoxdur. 

Qeyd edək ki, V.Makey 1958-ci ildə anadan olub. O, 2012-ci ildən Bearusun XİN rəhbəri idi.

Müəllif: Ayna.az