Ümumilikdə yoluxanların sayı 30 minə yaxınlaşıb
Belarusda son sutka ərzində COVID-19-a 969 nəfər yoluxub. Beş nəfər isə bu infeksiyadan ölüb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin verdiyi məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 29 min 650 nəfərdir. Onlardan 9 min 932 nəfəri sağalaraq evə buraxılıb, 165 nəfər isə həyatını itirib.
İndiyədək Belarusda koronavirusla bağlı 350 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.