Belarusda ağ və qırmızı parça qıtlığı yaşanır

Dünya

17.08.2020 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

Etirazçılar ölkənin bir əsr öncəki bayrağı ilə küçələrə çıxırlar

 

Belarusda ağ və qırmızı parça qıtlığı yaşanır. AYNA xarici mediaya istinadən bildirir ki, Minskdə etiraz aksiyaları zamanı ağ-qırmızı-ağ parçalardan bayraq kimi istifadə olunur.

 

Etirazçılar bildirib ki, mağazalarda ağ və qırmızı parça tapa bilmirlər. “Hər kəs parçaları alıb, bayraq tikiblər. Gün boyu mən parça tapa bilmədim, məcbur olub köhnə çitdən bayraq tikdim”, - deyə etirazçılardan biri qeyd edib.  Minsk sakinlərindən biri isə bildirib ki, bir neçə gün öncədən çoxlu ağ və qırmıəzı parça alıb

 

Qeyd edək ki, ağ-qırmızı-ağ rəbgli bayraq 1918-1919-cu illərdə Belarus Xalq Respublikasının rəsmi bayrağı olub. İndi etirazçılar bundan simvol olaraq istifadə edirlər. Sovet İttifaqı qurulandan sonra Belarusun bayrağı dəyişdirilib. Müstəqillik qazandıqdan sonra isə Belarus köhnə bayrağını dövlət rəmzi kimi bərpa etməyib. İndiyədək ölkənin bayrağı SSRİ zamanında olan bayrağın eynisidir.

 

Qeyd edək ki, avqustun 9-da keçirilən prezident seçkilərindən sonra Belarusu etiraz aksiyaları bürüyüb. Avqustun 16-da 200 mindən çox insan Minskin mərkəzinə toplaşaraq Prezident Aleksandr Lukaşenkonun istefasını və yeni seçkilərin keçirilməsini tələb ediblər. Mitinq dinc şəkildə keçirilib. Belarus mediası mitinqlər zamanı bir neçə həbs barədə məlumat verib. Lakin ölkənin Daxili İşlər Nazirliyi bu məlumatı təkzib edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş