Belarusda 2021-ci ilin ilk etiraz aksiyası keçirilib

Dünya

03.01.2021 - 20:03

Aksiyaçılar Minskin müxtəlif yerlərində yürüş-mitinq ediblər

 

Bu gün Belarusda 2021-ci ilin ilk etiraz aksiyası keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, paytaxt Minskin ayrı-ayrı yerlərində əllərində bayraq tutan etirazçılar “Yeni iliniz mübarək”, şüarları qaldırıblar.

 

Belarus Dövlət Universiteti binası önündə, Jurnalistika fakultəsinin qarşısında ayrıca bir aksiya baş tutub. Aksiyaçılar həbs olunan jurnalistlərə dəstək plakatları qaldırıblar. Şüarlar arasında “62 döyülmüş jurnalist”, “Dəmir barmaqlıqlar arxasında 1200 gün” qeydləri gözə dəyib.

В Минске прошли первые в 2021 году акции протеста: Белоруссия: Бывший СССР:  Lenta.ru

“Azadlıq” Radiosunun Belarus xidmətinin məlumatına görə, Uruçyedə etirazçılardan biri polis tərəfindən tutulub. Həbslər barədə başqa məlumat yoxdur.

 

“RBK” kanalı isə qeyd edib ki, adətən mitinqlərdən bir gün əvvəl Minskə xüsusi texnika yeridilirdi ki, bu gün belə bir hal aşkarlanmayıb.

 

Xatırladaq ki, Belarusda etiraz aksiyaları 5 aydır ki, davam edir. 9 avqustda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə görə, altıncı dönəm üçün namizədliyini irəli sürən Aleksandr Lukaşenko 80 faiz səs toplayaraq qalib olub. Ölkə müxalifəti isə seçkilərdə saxtakarlıq edildiyini bildirərək, etiraz aksiyalarına başlayıb. Aksiyaçılar Prezident Lukaşenkonun istefa verməsini və yeni seçkilərin keçirilməsini tələb edir. Belarusda keçirilən aksiyalar təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə yatırılır. İndiyədək ölkədə minlərlə insan həbs edilib. Təcridxanalarda tutulanların işgəncələrə məruz qoyulduğu, öldürüldüyü haqqında məlumatlar var.

Müəllif: Ayna.az