Valeri Çepkalo: “Orada bir inqilab oldu və bu inqilab seçki dövründən kənarda baş verdi”
Belarus müxalifəti hakimiyyəti “Ukrayna Maydanı” ssenarisi üzrə dəyişmək niyyətində deyil. AYNA “İnterfaks”a istinadən bildirir ki, bu barədə prezidentliyə keçmiş namizəd, müxalif siyasətçi Valeri Çepkalo deyib.
“Biz Ukrayna ssenarisini həyata keçirmək istəmirik. Orada bir inqilab oldu və bu inqilab seçki dövründən kənarda baş verdi”, - deyə Çepkalo vurğulayıb.
Bundan əvvəl o, NATO və Rusiya qoşunlarının Belarusda yerləşdirilməsinə qarşı çıxmışdı.
“Hi-Tech” Parkının qurucusu Valeriy Çepkalonun avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində iştirakına icazə verilmədi. Daxili İşlər Nazirliyi müxalifətçi ilə bağlı yoxlamaya başladı. Bundan sonra Çepkalo ölkəni tərk etdi. Onun seçki qərargahı, “Belgazprombank”ın həbs edilmiş keçmiş rəhbəri Viktor Babarikonun qərargahı kimi, həbsdə olan məşhur bloqqer Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın namizədliyini dəstəklədi.
Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da baş tutdu. Rəsmi məlumatlara görə, hazırkı prezident Aleksandr Lukaşenko 80 faiz, Tixanovskaya 10 faiz səs toplayıb. Bundan sonra ölkədə kütləvi etirazlar başladı. Tixanovskaya Litvaya yola düşdü, müxalifətin Koordinasiya Şurası yaradıldı.