Bazar günü hava necə olacaq?

Cəmiyyət

25.01.2020 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək

 

Bakıda və Abşeron yarımadasında bazar günü hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AYNA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.

 

Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeronda gecə 1° şaxatdan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

 

Azərbaycanın rayonlarında yanvarın 26-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş