Baydenin ofisindən yenə məxfi sənədlər tapılıb

Dünya

13.01.2023 - 01:26

Həkimlər Klinikalar SEO Xidməti

Sənədlərdə məxfi məlumatların olub-olmaması araşdırılır

ABŞ Prezidenti Co Baydenin ofisindən ikinci dəfə dövlət məxfi sənədləri tapılıb.

AYNA xarici mətbuata istinadən xəbər verir ki, sənədlər Baydenin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aiddir.

Baydenin şəxsi vəkilləri Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladığını açıqlayıb.

Ağ Ev rəsmilərinin sözlərinə görə, Ədliyyə Nazirliyi sözügedən sənədlərdə məxfi məlumatların olub-olmaması barədə araşdırmanı davam etdirir.

Qeyd edək ki, Co Bayden iqamətgahından tapılan sənədlərə görə keçmiş Prezident Donald Trampı məsuliyyətsizlikdə ittiham edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş