Bayden fələstinlilərin ABŞ-dan deportasiyasını təxirə salıb

Dünya

15.02.2024 - 12:16

cedabet dərman SEO Xidməti

6 min fələstinlinin ABŞ-dan deportasiyası 18 ay gecikdirilib

Qəzza zolağındakı böhran səbəbindən məcburi deportasiyasını təxirə salan ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə altı minə yaxın fələstinliyə qanuni işləmək və ABŞ-da daha 18 ay qalmaq imkanı verilib. AYNA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Baydenin sözlərinə görə, oktyabrın 7-si 2023-cü ildə HƏMAS-ın İsrailə hücumlarından sonra Qəzza zolağında bir çox mülki şəxs təhlükə altında qalıb: “Buna görə də mən bəzi fələstinlilərin ABŞ-dan qovulmasının təxirə salınmasını əmr etdim”.

Qeyd olunur ki, deportasiyanın təxirə salınması Amerika qanunlarını pozduğu və ya Birləşmiş Ştatların ictimai və milli təhlükəsizliyi üçün təhdid halına gələn şəxslərə şamil olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş