Baş Nazirə Nobel mükafatı verildi

Dünya

10.12.2019 - 19:48

Həkimlər Klinikalar SEO Xidməti

O, mükafata uzun illər davam edən sərhəd münaqişəsinin həllinə göstərdiyi təşəbbüslərə görə layiq görülüb

 

2019-cu ilin Nobel mükafatına Efiopiyanın Baş Naziri Abiy Əhməd layiq görülüb. Osloda keçirilən mərasimdə Baş Nazirə diplomu, qızıl medalı və Alfred Nobelin portretini Norveç Nobel Komitəsinin sədri Berit Rays-Andersen təqdim edib.

Baş Nazir bu mükafata Eritreyada (Şimal-şərqi Afrika ölkəsi) uzun illərdir (1998-2018) davam edən sərhəd münaqişəsinin həllinə göstərdiyi təşəbbüslərə görə layiq görülüb.

 

Qeyd edək ki, Eritreyada 20 il ərzində konflikt nəticəsində 370 min eritreyalı və 350 min efiopiyalı ölmüşdü.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş