Baş nazir: “Yaponiya-Rusiya münasibətlərində vəziyyət çətindir”

Dünya

30.01.2024 - 12:17

cedabet dərman SEO Xidməti

“Biz ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq üçün səylərimizi davam etdiririk”

“Yaponiya-Rusiya münasibətlərində vəziyyət çətindir. Lakin biz ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq üçün səylərimizi davam etdiririk”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Yaponiyanın Baş naziri Fimio Kişida deyib.

Baş nazir bildirib ki, Kuril adaları ilə bağlı mübahisəni həll etdikdən sonra Rusiya ilə sülh müqaviləsi bağlamaq mümkündür.

Siyasətçinin sözlərinə görə, Tokio Ukraynadakı vəziyyət fonunda sanksiya təzyiqini təşviq etməkdə davam edəcək və Kiyevə dəstək verəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl verdiyi müsahibədə bildirib ki, Rusiyanın NATO ölkələri ilə, o cümlədən Yaponiya ilə heç bir ərazi mübahisəsi yoxdur, bütün məsələlər həll olunub.

Rusiya hakimiyyəti dəfələrlə Kuril adaları üzərində Rusiyanın suverenliyinin mübahisəsiz olduğunu bəyan edib. Kreml hesab edir ki, hazırda Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqların perspektivi yoxdur. Dmitri Peskovun sözlərinə görə, Yaponiya dost olmayan dövlətlər düşərgəsinə fəal şəkildə qoşulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş